ABŞ-ın neft ehtiyatları yenidən artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları yenidən artıb - PROQNOZ
  • Clock-gray 09:48
  • calendar-gray 24 Fevral 2021

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 1,026 mln. barel artaraq təqribən 472,18 mln. barelə yaxın olub.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 5,37 min barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər