ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ
# 01 iyul 2020 10:24 (UTC +04:00)

Amerika neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (22-26 iyun) yenidən azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 8,16 mln. barel azalaraq 536,89 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,7 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR