ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ
  • Clock-gray 09:41
  • calendar-gray 27 Yanvar 2021

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 5,27 mln. barel azalaraq 484,71 mln. barelə yaxın olub.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 603 min barel artacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər