ABŞ-ın neft ehtiyatlarının artması davam edir - PROQNOZ

ABŞ-ın neft ehtiyatlarının artması davam edir - PROQNOZ
  • Clock-gray 09:58
  • calendar-gray 16 Dekabr 2020

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (7-11 dekabr) artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 1,97 mln. barel artaraq 497 mln. barelə yaxın olub.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 3,5 mln. barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər