ABŞ neft emalı bazarında ilk dəfə liderliyini əldən verə bilər

ABŞ neft emalı bazarında ilk dəfə liderliyini əldən verə bilər
# 23 noyabr 2020 10:26 (UTC +04:00)

ABŞ gələn il neft emalı bazarında liderliyi itirərək mövqeyini Çinə verə bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ XIX əsrin ortalarında neft erasının başlanğıcından bəri neft emalı üzrə mübahisəsiz lider olub. Buna baxmayaraq, mütəxəssislər 2021-ci ildə Çinin bu mövqeyi tutacağını proqnozlaşdırır. Bu dəyişiklik o cümlədən Çində hazırda 4 yeni neft emalı zavodunun tikilməsi, ABŞ-da isə bu cür müəssisələrinin bağlanılması hesabına baş verə bilər.

Çin neftayırma zavodlarının ümumi gündəlik gücü 1,2 mln. barelə çata bilər ki, bu da bütün Böyük Britaniyanın neft emalı deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR