AÇG-dən SOCAR-a bu il 1,5 mlrd. kubmetrdən çox qaz ötürülüb

AÇG-dən SOCAR-a bu il 1,5 mlrd. kubmetrdən çox qaz ötürülüb
# 16 noyabr 2020 11:15 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 1,6 mlrd. kubmetr səmt qazı verilib ki, bu da 2019-cu ilin müvafiq göstəricisinə bərabərdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin birinci rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, ötən il ərzində AÇG-dən SOCAR-a gündə orta hesabla 6 mln. kubmetr qaz verilib.

"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub", - hesabatda deyilir.

Qeyd edək ki, AÇG-də hasil edilən qazıb bir hissəsi SOCAR təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR