AÇG-dən bu il 6 mln. tona yaxın neft hasil edilib

AÇG-dən bu il 6 mln. tona yaxın neft hasil edilib
# 21 aprel 2021 10:19 (UTC +04:00)

Bu ilin I rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 8,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 552 min ton az olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə respublika üzrə neft hasilatının 5,9 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının, 959 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Məlumata görə, SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 mln. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR