AÇG və "Şahdəniz"dən indiyədək 535 mln. ton neft və kondensat hasil edilib

AÇG və "Şahdəniz"dən indiyədək 535 mln. ton neft və kondensat hasil edilib
# 21 may 2020 10:45 (UTC +04:00)

İstismara veriləndən mayın 1-dək olan dövrdə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü sözügedən yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə) nəql edilib.

Məlumata əsasən, yataqlardan ixrac edilən qazın həcmi isə 81,6 mlrd. kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR