AÇG və "Şahdəniz"dən indiyədək 550 mln. tona yaxın neft və kondensat hasil edilib

AÇG və "Şahdəniz"dən indiyədək 550 mln. tona yaxın neft və kondensat hasil edilib
# 19 noyabr 2020 13:08 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku və "Şahdəniz" qaz-kondensat yatağı istismara veriləndən noyabrın 1-dək ümumilikdə 549,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 520,1 mln. ton neft, "Şahdəniz"dən isə 29,6 mln. ton kondensat hasil edilib.

Məlumata əsasən, AÇG və "Şahdəniz" yataqları istismara veriləndən 2020-ci ilin 1 noyabr tarixinədək 549,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR