Aİ komissarı: “Cənub Qaz Dəhlizi “Şərq Tərəfdaşlığı”nın bir hissəsi olub”

Aİ komissarı: “Cənub Qaz Dəhlizi “Şərq Tərəfdaşlığı”nın bir hissəsi olub”
# 11 fevral 2021 19:25 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazovun Azərbaycanın Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahib olması barədə dedikləri məni çox ruhlandırır”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxışında deyib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak etməkdən çox məmnunam. Xüsusilə də müvəffəqiyyəti qeyd etmək üçün toplaşarkən! Ümid edirəm ki, bu gün layihənin genişləndirilməsi və Qərbi Balkanlara doğru genişləndirilməsində yeni bir səhifə açırıq”, - deyə Aİ komissarı bildirib.

Aİ rəsmisi Trans-Adriatik Qaz Boru Kəmərinin yekunlaşmasını və Azərbaycandan Avropa İttifaqına təbii qazın ticari tədarükünün başlanmasını alqışlayıb: “Bununla Cənub Qaz Dəhlizinin son mərhələsi başa çatır. Bu, bu gün burada iştirak edən dövlətlərin, dövlət və özəl maraqlı tərəflərin baxışına, əzmkarlığına və səmərəli əməkdaşlığına borclu olduğumuz böyük bir nailiyyətdir. Hamını təbrik edirəm! Cənub Qaz Dəhlizi "Şərq Tərəfdaşlığı"nın “2020-ci il üçün 20 nəticə” siyasətinin bir hissəsi olub. Bu nailiyyətlərə əsaslanaraq, keçən ilin mart ayında "Şərq Tərəfdaşlığı"nın gələcək siyasət prioritetləri barədə Birgə Kommunikasiyanı təsdiqlədik və burada qeyd etdik ki, əməkdaşlığımızın mərkəzində iqtisadi və enerji təhlükəsizliyi sahəsində dayanıqlılıq dayanır. İndi bu prioritetləri həyata keçirmək üçün plan hazırlamaqla məşğuluq, real hədəflər var. Cənub Qaz Dəhlizi üçün görülən işlər bu çərçivədə ilham mənbəyidir. Nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi və tədarük təhlükəsizliyi iqtisadiyyatımızın dayanıqlığını dəstəkləyir. Avropanın qonşuluğunda karbonsuz iqtisadiyyatlara keçiddə qaz əsas rol oynayır”.

O. Varhelyi qeyd edib ki, Avropa İttifaqı "EU4Energy" fəaliyyəti ilə Azərbaycana və regiondakı digər ölkələrə enerji tənzimlənməsi və əlaqələnmə məsələlərində dəstək verib: “Təmiz enerjiyə keçidi dəstəkləyərək enerji istehlakını, çirklənməni və istixana qazı tullantılarını azaldaraq bu dəstəyə davam edəcəyik. İqtisadiyyatımıza dərindən təsir edən davam etməkdə olan COVID-19 pandemiyası kontekstində dayanıqlılıq, bərpa və islahatlar üzərində çalışmaq vacibdir. Bunu investisiyaların kilidini açmağa və səfərbər etməyə yönələn səylərimizi inkişaf etdirməklə reallaşdıra bilərik”.

Aİ komissarı onu da deyib ki, təbii qazın Qərbi Balkanlarda keçid yanacağı kimi xüsusi rolu var: “Hazırda regiondakı enerji təhlükəsizliyi məsələləri iqtisadi problem yaradır. Regionda qaz istehlakının artırılması kömürdən imtina etməyi asanlaşdıracaq. Belə bir dəyişiklik nəinki ümumi iqlim hədəflərimizə çatmağımıza kömək edəcək, eyni zamanda, regiondakı ciddi sağlamlıq təhlükəsi olan havanın çirklənməsini də azaldar və istehlakçılar üçün qiymətlərin aşağı düşməsinə səbəb olar. Qərbi Balkan iqtisadiyyatları arasında yeni qaz tədarükünə və qaz bazarının inkişafına maraq olduğunu bilirəm. Bu, son aylarda apardığımız məhsuldar müzakirələrdən aydın olub. Müzakirələrimizi və Azərbaycandan olan tərəfdaşlarımızın bu ilin yayı üçün planlaşdırdığı məcburi bazar testinin nəticələrini səbirsizliklə gözləyirəm və biz beləliklə Avropa Komissiyanın səlahiyyətləri daxilində Azərbaycandan qazı Qərbi Balkanlara ən qısa müddətdə çatdıran lazımi infrastrukturun inşasına başlayaq. Bu vacib qaz layihələrinin irəliləməsi üçün əsas şərt onların uzunmüddətli dekarbonizasiya strategiyanızın bir hissəsi olmasını təmin etməkdir. Artırılmış tədarük üçün, Qərbi Balkanların daha geniş enerji keçid planlarının bir hissəsi olaraq qazın paylanması üçün aydın planlar qurması və bu il baş tutacaq bazar sınaqları prosesindəki mövqelərini ifadə etmələri vacibdir. Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazovun Azərbaycanın Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahib olması barədə dedikləri məni çox ruhlandırır.

Hamımızı bu enerji və iqlim öhdəliklərinə nail olmaq üçün səylərimizi davam etdirməyə dəvət edirəm. Qarşımızda duran yol uzun, lakin aydındır və mən bunu edəcəyimizə ürəkdən inanıram!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR