Aİ qazdan hidrogenə keçmə planlarını açıqlayıb

Aİ qazdan hidrogenə keçmə planlarını açıqlayıb
# 11 fevral 2021 12:28 (UTC +04:00)

Yaxın 10 ildə Avropa İttifaqında (Aİ) hidrogen təchizatı sisteminin inkişafı üçün 65 mlrd. avro investisiya tələb olunacaq.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Enerji üzrə avrokomissar Kadri Simson deyib.

"Hazırkı hesablamalar istehlakçılara hidrogen tədarükünü təmin etmək üçün önümüzdəki 10 il ərzində 65 mlrd. avro sərmayə tələb olunacağını göstərir", - deyə Kadri Simson qeyd edib.

Onun sözlərinə görə, bu xərclər hidrogenin daşınması, paylaşdırılması, saxlanılması və hidrogen doldurma məntəqələrinə aiddir.

Məlumata görə, gözlənilir ki, Aİ-də gələcək hidrogen təchizatı şəbəkəsinin böyük hissəsi hazırda təbii qaz üçün nəzərdə tutulmuş, lakın hidrogenin nəqli üçün uyğunlaşdırılmış aktivlərdən ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR