API: ABŞ-ın neft ehtiyatları 1,3 mln. barel artıb

API: ABŞ-ın neft ehtiyatları 1,3 mln. barel artıb
# 26 fevral 2020 12:23 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (17-21 fevral) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 1,3 mln. barel artaraq 444,4 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR