API: ABŞ-ın neft ehtiyatları kəskin artıb

API: ABŞ-ın neft ehtiyatları kəskin artıb
  • Clock-gray 10:41
  • calendar-gray 12 Fevral 2020

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (3-9 fevral) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 6 mln. barel artaraq 438,9 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 3 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər