API son iki ayda ilk dəfə ABŞ-ın neft ehtiyatlarının azalacağını proqnozlaşdırıb

API son iki ayda ilk dəfə ABŞ-ın neft ehtiyatlarının azalacağını proqnozlaşdırıb
# 20 may 2020 09:26 (UTC +04:00)

Amerika Neft İnstitutunu (API) son iki ayda ilk dəfə ABŞ-da kommersiya neft ehtiyatlarının azalacağını proqnozlaşdırıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftənin (11-15 may) yekunlarına əsasən, ABŞ-da neft ehtiyatları 4,8 mln. barel azalaraq 521,35 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2,4 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR