ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin bu il 1 mlrd. manatı ötəcəyi proqnozlaşdırılır

ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin bu il 1 mlrd. manatı ötəcəyi proqnozlaşdırılır
# 23 yanvar 2020 13:48 (UTC +04:00)

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 606,6 mln. ABŞ dolları və ya 1 031 271,7 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2018-ci ilin müvafiq icra göstəricisindən 850,2 mln. manat və ya 5,7 dəfə çoxdur.

"APA-Economics" Hesablama Palatasının ARDNF-in 2020-ci ilin büdcəsi üzrə verdiyi rəyə istinadən bildirir ki, bu, 2019-cu ilin bu proqnoz göstəricisindən 411,2 mln. manat və ya 29,5% və gözlənilən icra göstəricisindən 1 519,7 mln. manat və ya 59,6% azdır.

Rəydə bildirilir ki, Fondunun 2020-ci il üçün orta illik gəlirlilik göstəricisi 1,45% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnoz göstəricisindən (2,14%) 0,7 faiz bəndi, ötən ilin ilin 9 aylıq icra göstəricisindən (3,9%) isə 2,4 faiz bəndi azdır.

Fondun yerləşdirdiyi investisya alətlərində gəlirliliyin əvvəlki illərlə müqayisədə azalması dünya maliyyə bazarlarında ABŞ dollarında olan borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2020-ci ildə cari ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR