Aleksandr Novak: "Bizim variant daha yumşaq idi"

Aleksandr Novak: "Bizim variant daha yumşaq idi"
# 10 mart 2020 15:26 (UTC +04:00)

Martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı Rusiya tərəfindən irəli sürülən təklif daha yumşaq idi.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib

"İki əsas variant nəzərdən keçirilirdi. Bunlardan biri Rusiya və bir sıra qeyri-OPEC ölkələrinin təklif etdiyi variant idi – mövcud razılaşmanı uzatmaq... Ən azı II rüb üçün uzatmaq və müşahidə etmək", - deyə, A. Novak qeyd edib.

Nazirin sözlərinə görə, ikinci variantı OPEC ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı təklif edib. Onların planı belə idi ki, aprelin 1-dən müqaviləyə daxil olan ölkələr 2020-ci ilin sonunadək neft hasilatını daha 1,5 mln. barel azaltsın: "Bu variantlar ətrafında ciddi müzakirələr aparıldı. Hesab edirik, seçimimiz daha yumşaq və bazarda müşahidə edilən dəyişkənliyi idarə etməyə imkan verərdi".

Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya koronavirusla əlaqəli vəziyyətə cavab olaraq neft hasilatını bir qədər də da azaltmaq təklifini qəbul etməyib. Rusiya hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağa hazır olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.

Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR