Alessandra Todde: "Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlığın gözəl gələcəyi var"

Alessandra Todde: "Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlığın gözəl gələcəyi var"
# 28 fevral 2020 17:23 (UTC +04:00)

"Prezident İlham Əliyevə təşəkkür edirəm. Bir müddət əvvəl Prezident İlham Əliyev İtaliyaya səfər etdi".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde bildirib.

Nazir müavini deyib ki, Cənub Qaz Dəlizi layihəyəsinə başlayandan sonra aparılan iş artıq tamamlanmaq üzrədir: "İtaliyanın mövqeyini ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyidir. Bu gün Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlığın çox gözəl gələcəyi var. Prezident İlham Əliyevin səfəri əsnasında iki ölkənin müvafiq nazirləri tərəfindən energetika sahəsində Anlaşma Memorandumu imzalanıb. Məqsəd – enerji mənbələrinin şaxələndirilməsi sahəsində iki ölkə arasında enerji sahəsində iş birliyinin gücləndirilməsindən ibarətdir. Mən bu iclasda iştiraka və yaradılmış şəraitə görə təşəkkür edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR