Almaniya şirkətləri Azərbaycanda tikiləcək yeni qaz emalı zavoduna maraq göstərir

Almaniya şirkətləri Azərbaycanda tikiləcək yeni qaz emalı zavoduna maraq göstərir
# 18 iyun 2020 10:06 (UTC +04:00)

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı R. Abdullayev hazırkı qlobal pandemiya dövründə Azərbaycanın neft-qaz, neft kimya sənayesində işlərin gedişi haqqında danışıb, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.

Məlumata əsasən, səfir Volfqanq Maniq Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığından söz açaraq, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də Uniper (E.ON) şirkəti arasında uzunmüddətli, səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolunu qeyd edən səfir ölkəsindəki bir sıra şirkətlərin reallaşdırlması nəzərdə tutulan SOCAR-ın qaz emalı kompleksi layihəsinə xüsusi maraq göstərdiklərini bildirmiş, COVİD-19 pandemiyası başa çatdıqdan sonra həmin şirkətlərin rəhbərlərinin Azərbaycana işgüzar səfərinin təşkil edilməsində maraqlı olduqlarını söyləyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR