"Anglo Asian Mining" Azərbaycanda istehsalla bağlı builki planlarını dəyişməyib

"Anglo Asian Mining" Azərbaycanda istehsalla bağlı builki planlarını dəyişməyib
  • Clock-gray 14:38
  • calendar-gray 03 Aprel 2020

Azərbaycanda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən məhdudiyyətlər "Gədəbəy" və "Qoşa" yataqlarında aparılan işlərə təsir etməyib.

"APA-Economics"in məlumatına görə, bu barədə sözügedən yataqların işlənməsində iştirak edən "Anglo Asian Mining" şirkətinin dərc etdiyi hesabatda deyilir.

Hesabatda bildirilir ki, "Gədəbəy" və "Qoşa" yataqlarında əməliyyatlar hökumət tərəfindən tətbiq edilən məhdudiyyətlərə daxil edilməyib və burada normal rejimdə fəaliyyət, o cümlədən istehsal və əsaslı təmir işləri davam etdirilir. Yığma bəndinin divarının planlaşdırılan qaldırılması üzrə də işlər aparılır. Şirkət hələ də xaricdən lazımi materialları, məsələn, sianid əldə edə bilir və kəşfiyyat proqramını davam etdirir.

Məlumata əsasən, şirkət istehsal üzrə 2020-ci il üçün qızıl ekvivalentində 75-80 min unsiya həcmində planlarını dəyişməyib.

Qeyd edək ki, "Anglo Asian Mining" 2019-cu ildə 70,098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır. Digər metalların da daxil olmaqla, ötən il şirkət 82 795 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 1,1%-lik azalma deməkdir. 2018-ci il ilə müqayisədə ötən il şirkət üzrə mis istehsalı 34,3% artaraq 2 210 tona çatıb, gümüş istehsal isə 24,2% azalaraq 159 356 unsiyaya təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər