"Anglo Asian Mining" Azərbaycanda sahə işlərini sürətləndirir

"Anglo Asian Mining" Azərbaycanda sahə işlərini sürətləndirir
  • Clock-gray 14:01
  • calendar-gray 07 Avqust 2020

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" qazma işləri ilə əlaqədar proqramlarını bu ilin sonuna qədər başlamaq üçün sahə işlərini sürətləndirmək planlaşdırır.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin direktoru Stefan Vesthed investorlara deyib. O, qeyd edib ki, hazırda “Gədəbəy” qızıl yatağının yuxarı səthində yerləşən resursları çıxarala bilən ehtiyatların müəyyənləşdirilməsi prioritetdir. Bildirilib ki, “Afşanclı” və “Gilar” sahələrində yerüstü induksiyalı polarizasiya və maqnit geofizikası ilə bu ilin ikinci yarısında kəşfiyyat işləri aparılacaq.

“Uğur” və “Zəfər” yataqlarında dərin qazıntı işləri gələcək hasilata başlamaq üçün ikinci qatı təmin edən əhəmiyyətli mis qovşaqları və geniş sulfid minerallaşma zonalarının kəşfinə gətirib çıxardı”, - dəyə  S. Vesthed bildirib.

S. Vesthed qeyd edib ki, “Qoşa” mədənində aparılan kəşfiyyat və qazma işləri orada əhəmiyyətli dərəcədə müxtəlif əyar qızıl ehtiyatlarının olmasını nümayiş etdirdi və gələcəkdə hasilatın mədəndə genişləndirilməsinə potensial imkan verdi. Şirkətin direktoru əlavə etdi ki, Ordubad mis-gümüş zonasında işlər COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı və yalnız xəndək qazma işləri aparılırdı.

Stefan Vesthed vurğulayıb ki, geoloji modelləşdirmə və kəşfiyyat işləri minerallaşdırma sistemlərinin mövcudluğunu yoxlama üçün davam edir. Məqsəd qazma üçün əsas zonaları 2020-ci ilin ikinci yarısında prioritetləşdirməkdir.

Qeyd edək ki,"Anglo Asian Mining" şirkəti Azərbaycanda qızıl, gümüş və mishasilatı ilə məşğul olur. Çirkət 2019-cu ildə 70,098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır. Digər metalların da daxil olmaqla, ötən il şirkət 82 795 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 1,1%-lik azalma deməkdir. 2018-ci il ilə müqayisədə ötən il şirkət üzrə mis istehsalı 34,3% artaraq 2 210 tona çatıb, gümüş istehsal isə 24,2% azalaraq 159 356 unsiyaya təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər