Anomal soyuqlara görə ABŞ-da neft hasilatı kəskin azalıb

Anomal soyuqlara görə ABŞ-da neft hasilatı kəskin azalıb
# 17 fevral 2021 10:34 (UTC +04:00)

ABŞ-da gündəlik neft hasilatı 30%-dən artıq və ya təxminən 3,5 mln. barel azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" treyder və digər mənbələrə istinadən xəbər verir.

Məlumata görə, kəskin azalma anomal soyuq hava şəraiti ilə əlaqələndirilir. Yalnız Amerikanın ən böyük neft sahəsi olan Texasın Permiya hövzəsində istehsal 65% azalıb.

"Soyuq hava ABŞ-ın bir sıra ən böyük neft emalı zavodlarının dayanmasına səbəb olub", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR