Avropa ABŞ LNG-sindən imtina edir

Avropa ABŞ LNG-sindən imtina edir
# 30 aprel 2020 10:21 (UTC +04:00)

ABŞ-ın mayeləşdirilmiş təbii qazı (LNG) xarici alıcılar üçün çox baha başa gəlməyə başlayıb.

Əsasən Avropadan olan böyük şirkətlər LNG-nin tədarükündən imtina edirlər. Şirkətlər üçün müqavilələr üzrə vəsaiti ödəmək, qazı okeanın o tayından gətirməkdən daha sərfəlidir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, "Shell", "Total", "British Petroleum", "Enel" və "Uniper" şirkətləri iyun ayı üçün bağladıqları müqavilələr üzrə ABŞ LNG-ni qəbul etməyəcəklər.

Bu, heç kəsi təəccübləndirmədi, çünki mart ayında İspaniyanın "Repsol SA" və "Endesa" okeanın o tayından olan 200 mln. kubmetr LNG-dən imtina ediblər. Analitiklər bunun yalnız başlanğıc olduğuna şübhə etmirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR