Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu kəskin artırıb

Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu kəskin artırıb
# 11 fevral 2021 14:59 (UTC +04:00)

Avropa Komissiyası 2021-2022-ci illər üçün “Brent” markalı neftin bir barelinin orta illik qiyməti üzrə proqnozunu əhəmiyyətli dərəcədə artırıb.

APA-Economics”in Komissiyanın qış hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə “Brent” neftinin orta qiyməti 54,7 dollar olacağı ehtimal edilir ki, bu da əvvəlki proqnozla müqayisədə 10,1 dollar çoxdur.

Hesabata görə, 2022-ci ildə “Brent” neftinin bir barel üçün qiyməti 52,4 dollar səviyyəsində proqnozlaşdırılır (öncəki proqnoz 46,4 dollar səviyyəsində idi).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR