Avropa Komissiyası: Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdədir

Avropa Komissiyası: Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdədir
# 28 fevral 2020 17:35 (UTC +04:00)

"Cənub Qaz Dəhlizinin Avropa hissəsinin iki dəfə artırılması məsələsi artıq razılaşdırılıb".

"APA-Economics"in məlumatına görə, bunu Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi gündəmdədir və buna baxılır. Dəhlizin genişləndirilməsi Xəzər dənizində olan yataqların gələcəkdə işlənilməsi üçün zəmin yaradacaq. Bu məsələ gələcək tədbirlərdə də müzakirə obyekti olacaq.

Xəzərin Azərbaycan sektorunda böyük və perspektivli qaz yataqları və strukturları var və bunlar gələcəkdə Avropaya nəql ediləcək Azərbaycan qazının həcmlərini artırmağa imkan verəcək, deyə Borxardt bildirib.

O həmçinin bildirib ki, gələcəkdə Cənub Qaz Dəhlizi Cənubi-Şərqi Avropa və Qərbi Balkan ölkələrini də əhatə edə bilər.

"Cənub Qaz Dəhlizi layihəsinin icrası bu ilin sonunadək uğurla yekunlaşması həm ixracatçı ölkə olan Azərbaycan, həm də tranzit və idxalatçı ölkələr üçün müsbət hal olacaq. Biz marşrutların və mənbələrin şaxələndirilməsində çox maraqlıyıq", - deyə Borxardt qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR