Avropa ölkələri külək enerjisi layihələrinə investisiyaları ötən il 75% artırıb

Avropa ölkələri külək enerjisi layihələrinə investisiyaları ötən il 75% artırıb
# 13 aprel 2021 13:25 (UTC +04:00)

Ötən il Avropa ölkələri külək enerjisi sektoruna 42,8 mlrd. avro investisiya yatırıblar ki, bu da illik müqayisədə 74,7% çoxdur. Sözügedən vəsaitlər 19,6 QVt qoyuluş gücündə (44,1% artım) olan layihələrə yönəldilib.

Bu barədə "APA-Economics" "WindEurope"un 2020-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabata əsasən, 2020-ci ildə Avropa ölkələri tərəfindən dənizdə 7,1 QVt qoyuluş gücündə olan külək enerjisi layihələrinə 26,3 mlrd. avro investisiya yatırılıb (4 dəfə artım). Hər iki rəqəm rekord göstərici hesab olunur.

Keçən il quruda 12,5 QVt qoyuluş gücündə külək enerjisi layihələrinə 16,5 mlrd. avro vəsait (7,8% azalma) yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR