Avropada qazın qiyməti ikiillik maksimuma çatıb

Avropada qazın qiyməti ikiillik maksimuma çatıb
# 05 yanvar 2021 17:15 (UTC +04:00)

Niderlandın TTF mərkəzindəki (hab) qazın forvard kontraktları üzrə qiyməti 1 min kubmetrə görə 254 dollara yüksəlib. Bu, 2019-cu ilin yanvarından bəri ən yüksək göstəricidir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Avropa ölkələri yeraltı anbarlardakı qaz ehtiyatlarını aktiv şəkildə istifadə edir.

Məlumata görə, bazar günü Avropada yerləşən yeraltı qaz anbarlarının dolum səviyyəsi 72,5%, bu da may ayından olan minimal göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR