Avropada təbii qazın qiyməti artır

Avropada təbii qazın qiyməti artır
# 12 yanvar 2021 14:23 (UTC +04:00)

Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti artmağa davam edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, çərşənbə axşamı günü qazın qiyməti 1 min kubmetrə görə 286,3 ABŞ dollarınadək yüksəlib.

Qeyd olunur ki, pandemiya fonunda 2020-ci ildə Avropada qaz qiymətləri təxminən üç dəfə azalıb və may ayında 40 dollardan aşağı enib. Buna baxmayaraq, payızda kotirovkalar böhrandan əvvəlki səviyyəyə qayıtdı, dekabr ayında isə qiymət 200 dolları keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR