Avropanın yeraltı qaz anbarlarının dolum səviyyəsi 50%-dən aşağı enib

Avropanın yeraltı qaz anbarlarının dolum səviyyəsi 50%-dən aşağı enib
# 05 fevral 2021 13:16 (UTC +04:00)

Avropa ölkələri yeraltı qaz anbarlarındakı ehtiyatların aktiv şəkildə istifadəsini davam etdirir. Belə ki, həftənin çərşənbə günü Avropada yerləşən yeraltı qaz anbarlarının dolum səviyyəsi 50%-dən aşağı düşüb.

"APA-Economics"in "Gas Infrastructure Europe"a istinadən verdiyi məlumata görə, cümə axşamı Avropada yerləşən yeraltı qaz anbarlarının dolum səviyyəsi 49,83% təşkil edib, bu da son beş ilin orta göstəricisindən 2,77 faiz bəndi azdır.

Məlumata görə, Almaniyada bu göstərici 42,44%, Fransada isə 39,65% səviyyəsində olub.

Xatırlada ki, Avropada bu ilin yanvarın əvvəlinə qaz anbarlarının dolum səviyyəsi 74% təşkil edirdi.

Məlumatda qeyd edilir ki, fevral ayının əvvəlindən bəri Avropanın əsas ticarət mərkəzində (Niderlandın TTF mərkəzi) qazın orta qiyməti min kubmetr üçün orta hesabla 225-227 ABŞ dollar təşkil edib, halbuki yanvarda bu göstərici 257 dollara bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR