"AzerGold"un nizamnamə kapitalı artırılıb

"AzerGold"un nizamnamə kapitalı artırılıb
# 24 noyabr 2020 20:05 (UTC +04:00)

Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.

İndiyə qədər “AzerGold” QSC-nin nizamnamə kapitalı nominal dəyəri 18 manat 50 qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR