Azərbaycan Çinə koks ixrac etməyə başlayıb

Azərbaycan Çinə koks ixrac etməyə başlayıb
# 08 dekabr 2020 10:45 (UTC +04:00)

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çin Xalq Respublikasına ixrac olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.

Məlumata görə, koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonraə dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27 min ton koksun daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15742 ton yükün nəqli həyata keçirilib. Qeyd edək ki, vaqon təminatı "Azərbaycan Dəmir Yolları" QSC və "ADY Express" MMC tərəfindən aparılır.

Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR