Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 18 % artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 18 % artırıb
# 17 noyabr 2020 13:19 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 610 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 41,7% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 9 850,1 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 17,6%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR