Azərbaycan GECF nazirlərinin görüşlərində iştirak edəcək

Azərbaycan GECF nazirlərinin görüşlərində iştirak edəcək
# 11 noyabr 2020 12:13 (UTC +04:00)

Noyabrın 11-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin Dəyirmi Masası, noyabrın 12-də isə Nazirlərin 22-ci Görüşü keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu Nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin hər iki görüşdə çıxışı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR