Azərbaycan Gürcüstana bu il ən çox neft bitumu ixrac edən ölkə olub

Azərbaycan Gürcüstana bu il ən çox neft bitumu ixrac edən ölkə olub
# 27 noyabr 2020 12:38 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın neft bitumu idxalı illik ifadədə 45,2 min ton və ya 30,1% azalaraq 105,1 min ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Bildirilib ki, idxal edilən məhsulun 62,5%-i və ya 65,7 min tonu Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan bu il Gürcüstana ən çox neft bitumu ixrac edən ölkə olub.

Gürcüstanın neft bitumu idxal etdiyi ölkələr İraq (23,9% və ya 25,1 min ton), İran (7,2% və ya 7,6 min ton), Rusiya (3% və ya 3,2 min ton), Türkiyə (2,1% və ya 2,2 min ton), Ermənistan (0,9% və ya 0,9 min ton), BƏƏ (0,2% və ya 0,2 min ton) və Albaniya (0,2% və ya 0,2 min ton) olub.

Təkcə cari ilin oktyabrında Gürcüstanın neft bitumunun idxalı illik müqayisədə 17% və ya 3 min ton azalaraq 14,6 min ton təşkil edib. Oktyabrda idxal edilən məhsulun 78,8%-i və ya 11,5 min tonu Azərbaycanın payına düşüb.

Bu il Gürcüstanın neft bitumu idxalının əvvəlki illə müqayisədə azalmasının səbəbinin COVID-19 pandemiyası olduğu bildirilib.

Neft bitumu ilə yanaşı yanvar-oktyabr ayları ərzində ölkənin aviasiya yanacağı idxalı da illik müqayisədə 35,5 min ton və ya 42,8% azalaraq 47,5 min ton təşkil edib. Hesabat dövründə Gürcüstanın əsas aviasiya yanacağı tədarükçüsü Türkmənistan olub – 79,2% və ya 37,6 min ton.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR