2019-cu ildə Azərbaycanın Gürcüstana 1 101 975 412,4 kVt-saat elektrik enerjisi ixrac edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, bu göstərici ötən illə müqayisədə 10,4% və ya 128 113 631,5 kVt-saat azalıb. Belə ki, 2018-ci ildə Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmi 1 230 089 043,9 kVt-saat təşkil edib.
Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan Gürcüstana 197 969 081,1 kVt-saat elektrik enerjisi ixrac edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% və ya 27 008 038,1 kVt-saat azdır.