Azərbaycan Gürcüstanın ən çox neft bitumu idxal etdiyi ölkələr arasında üçüncü olub

Azərbaycan Gürcüstanın ən çox neft bitumu idxal etdiyi ölkələr arasında üçüncü olub
# 10 fevral 2020 12:14 (UTC +04:00)

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 0,2 min ton neft bitumu idxal edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan neft məhsulları idxalçıları birliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycandan idxal ümumi idxalın 6,2%-nə bərabər olub. Hesabat dövründə Gürcüstanın ən çox neft bitumu idxalı İranın payına düşüb – 84,5% və ya 2,7 min ton. İkinci isə Birləşmiş Ərəb Əmirlikləri olub – 0,2 min ton (6,2%). Azərbaycan isə Gürcüstanın ən çox neft bitumu idxal etdiyi üçüncü ölkə olub.

Yanvar ayında Gürcüstan ümumilikdə 3,2 min ton neft botumu idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,1% və ya 0,9 min ton azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR