Azərbaycan Gürcüstanın üçüncü əsas dizel yanacağı tədarükçüsüdür

Azərbaycan Gürcüstanın üçüncü əsas dizel yanacağı tədarükçüsüdür
# 22 mart 2021 09:43 (UTC +04:00)

2021-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstanın avtomobil yanacağı idxalının həcmi illik müqayisədə 1.1 min ton və ya 0.7% azalaraq 158.9 min ton təşkil edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Gürcüstana benzin idxalının həcmi illik ifadədə 2.6 min ton və ya 3.1% azalaraq 80.5 min ton təşkil edib. Dizel idxalı isə 1.6 min ton və ya 2% artaraq 78.4 min tona çatıb.

Cari ilin ilk iki ayı ərzində Azərbaycan Gürcüstanın üçüncü əsas dizel yanacağı tədarükçüsü olub. Hesabat dövründə Gürcüstan Azərbaycandan 29.8 min ton dizel idxal edib ki, bu da ölkənin ümumi idxalının 18.8%-ni təşkil edib.

Yanvar-fevral ayları ərzində Gürcüstan ən böyük həcmdə dizel yanacağını Rusiyadan idxal edib – 38 min ton. Bu ölkənin dizel idxalının ümumi həcminin 23%-ni təşkil edib. İkinci yerdə isə Rumıniya qərarlaşıb - 31.5 min ton (19.8%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR