Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini 8% azaldıb

Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini 8% azaldıb
  • Clock-gray 12:31
  • calendar-gray 26 Noyabr 2019

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəslə 197,22 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,7% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-oktyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 213,55 mln. barel yaxın neft nəql edilib.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date