Azərbaycan Türkiyə ərazisi ilə ötən il 233 mln. bareldən çox neft nəql edib

Azərbaycan Türkiyə ərazisi ilə ötən il 233 mln. bareldən çox neft nəql edib
# 16 yanvar 2020 09:58 (UTC +04:00)

Ötən il Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 233,18 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,8% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2018-ci kəmər vasitəsilə Türkiyə ərazisi ilə 255,77 mln. barel yaxın neft nəql edilib.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR