Azərbaycan alimləri neft mədənləri üçün yeni nəsil texnologiyaların işlənməsi üzrə nəticələr əldə ediblər

Azərbaycan alimləri neft mədənləri üçün yeni nəsil texnologiyaların işlənməsi üzrə nəticələr əldə ediblər
# 14 avqust 2020 11:27 (UTC +04:00)

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən neft-qaz sənayesində maşın təlimi metodlarının tətbiqi problemlərinin müasir vəziyyəti tədqiq olunub və “Neft-qaz 4.0” üçün konseptual rəqəmsal əkiz modeli təklif edilib.

İnformasiya Texnologiyaları İnstitutundan "APA-Economics"ə verilən xəbərə görə, tədqiqatlar, SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” qrant layihəsi çərçivəsində aparılıb.

Tədqiqatlar nəticəsində, həmçinin geoloji modellərin adaptasiyası üçün dərin neyron şəbəkə arxitekturaları işlənilib, lay, süxur və mayeni xarakterizə edən parametrlər əsasında neft yataqlarının neftvermə əmsalını proqnozlaşdırmaq üçün qərar ağacları üzərində qradiyent bustinqi metodları tətbiq edilib.

Quyu karotajı verilənlərinin analizi üçün maşın təlimi metodlarının, eləcə də neft quyularında geoloji-texniki tədbirlərin tövsiyə edilməsi sistemi üçün presedentlər nəzəriyyəsi və maşın təlimi əsasında metod və alqoritmlərin işlənməsi elmi-tədqiqat layihəsi çərçivəsində görülən işlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR