Azərbaycan alüminium ixracını azaldıb

Azərbaycan alüminium ixracını azaldıb
# 29 dekabr 2020 10:25 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 97 434,52 min ABŞ dolları dəyərində 52 502,86 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin 11 ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,3%, həcmi isə 11,8% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR