
Azərbaycan avtomobil benzininin istehsalını kəskin azaldıb - CƏDVƏL

-
13:03
-
18 Fevral 2021
Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 mln. manat olub ki, bu göstərici illik müqayisədə 20,4% azalıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 69,3% artıb, dizel yanacağının istehsalı 6,8%, avtomobil benzininin istehsalı 29,3%, ağ neftin istehsalı 45,8%, sürtkü yağlarının istehsalı 39% , neft bitumunun istehsalı 61,2%, yanacaq mazutunun istehsalı 85% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2021-ci il, yanvar |
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə, % |
Avtomobil benzini, min ton |
86,2 |
70,7 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
39,1 |
169,3 |
Ağ neft, min ton |
29,9 |
54,2 |
Dizel yanacağı, min ton |
189,3 |
93,2 |
Yanacaq mazutu, min ton |
1,8 |
15 |
Sürtkü yağları, min ton |
2,5 |
61 |
Neft bitumu, min ton |
5,7 |
38,8 |
Neft koksu, min ton |
20,8 |
100 |