Azərbaycan avtomobil istesalını artırıb

Azərbaycan avtomobil istesalını artırıb
# 21 may 2020 16:02 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 672 ədəd minik avtomobili istehsal olunub.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artıb.

Məlumata əsasən, bu müddətdə 105 ədəd traktor istehsal olunub ki, bu da illik müqayisədə 73,9% azalma olduğunu göstərir.

Qeyd edək ki, hesabat dövründə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 124,8 mln. manatlıq məhsul istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR