Azərbaycan bu il 115 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan bu il 115 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
  • Clock-gray 10:45
  • calendar-gray 17 Noyabr 2020

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 114 884,6 min. ABŞ dolları dəyərində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən 10 ayda ölkədən ixrac edilən polietilenin dəyəri 60 430,22 min dollar təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 92 313,91 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın yanvar-oktyabr aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 4,18% təşkil edib.

Bundan başqa, ötən 10 ayda Azərbaycan 54 454,39 min dollar dəyərində 67 109,47 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar-oktyabr aylarının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 3,77% təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər