Azərbaycan bu il 123 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan bu il 123 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
# 29 dekabr 2020 09:50 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 123 269,48 min. ABŞ dolları dəyərində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən 11 ayda ölkədən ixrac edilən polietilenin dəyəri 66 971,73 min dollar təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 99 288,28 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın yanvar-noyabr aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 4,09% təşkil edib.

Bundan başqa, ötən 11 ayda Azərbaycan 56 297,75 min dollar dəyərində 69 014,14 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar-noyabr aylarının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 3,44% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR