Azərbaycan bu il 15 mln. tona yaxın neft ixrac edib

Azərbaycan bu il 15 mln. tona yaxın neft ixrac edib
# 09 iyul 2020 10:22 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycan 14,7 mln. ton neft (kondensatla birlikdə) ixrac edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9% neft ixrac edilib.

Neft-kondensatın 14,1 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb, 0,6 mln. tonu isə SOCAR üzrə ixraca nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR