Azərbaycan bu il 17 min tondan çox alüminium ixrac edib

Azərbaycan bu il 17 min tondan çox alüminium ixrac edib
# 17 iyun 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 31 544,37 min ABŞ dolları dəyərində 17 128,35 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin ilk beş ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,6%, həcmi isə 5,7% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR