Azərbaycan bu il 400 min tondan çox metanol ixrac edib

Azərbaycan bu il 400 min tondan çox metanol ixrac edib
# 17 noyabr 2020 09:37 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 42 316,99 min ABŞ dolları dəyərində metanol ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi yeni hesabata əsasən apardığı hesablamalara görə, ötən on ay ərzində ölkədən 403 007,75 ton metanol (metil spirti) ixrac edilib.

Azərbaycanın yanvar-oktyabr aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,93% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR