Azərbaycan bu il 70 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan bu il 70 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
# 17 iyun 2020 11:00 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-may aylarında 70 218,78 min. ABŞ dolları dəyərində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics"ə verilən məlumata görə, ötən beş ayda ölkədən ixrac edilən polietilenin dəyəri 38 292,97 min dollar təşkil edib. Bu ilin yanvar-may aylarında Azərbaycan 59 858,08 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın yanvar-may aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 5,31% təşkil edib.

Bundan başqa, ötən üç ayda Azərbaycan 31 925,81 min dollar dəyərində 39 705,67 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar-may ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,43% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR