Azərbaycan bu il 87 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan bu il 87 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
# 17 iyul 2020 10:16 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-iyun aylarında 87 204,56 min. ABŞ dolları dəyərində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən 6 ayda ölkədən ixrac edilən polietilenin dəyəri 47 327,49 min dollar təşkil edib. Bu ilin yanvar-iyun aylarında Azərbaycan 74 155,83 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın yanvar-iyun aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 5,19% təşkil edib.

Bundan başqa, ötən 6 ayda Azərbaycan 39 877,07 min dollar dəyərində 50 599,02 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar-iyun ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,37% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR