Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 35,43 mln. ABŞ dolları dəyərində 350 038,2 ton metanol (metil spirti) ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 16,6%, həcm ifadəsində isə 14,3% artıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan metanolunun əsas idxalçısı Türkiyə olub. Azərbaycan Türkiyəyə yanvar-sentyabrda 16,09 mln. dollar dəyərində 159 693,85 ton metanol ixrac edib.
MDB ölkələri arasında Azərbaycan metanolunun idxalında əsas pay sahibi Ukrayna olub. Bu ilin doqquz ayı ərzində Ukrayna Azərbaycandan 0,207 mln. dollar dəyərində 2 068,8 ton metanol idxal edib.
Qeyd edək ki, bu il Azərbaycan Argentina və Gürcüstana metanol ixracını başlayıb. Belə ki, hesabat dövründə ölkə Argentinaya 3,33 mln. dollar dəyərində 33 259,2 ton, Gürcüstana isə 5,92 min dollar dəyərində 59,25 ton metanol göndərib. Bundan əlavə, 2019-cu ildə Belçika, Bolqarıstan və Misir kimi ölkələrə ixrac olunan metanol bu il sözügedən ölkələrə göndərilməyib. Ötən ilin ilk doqquz ayında Azərbaycan 10, bu ilin analoju dövründə isə 9 ölkəyə metanol ixrac edib.
"APA-Economics" Azərbaycan metanolunun builki idxalçılarının reytinqini hazırlayıb:
# |
Ölkə |
Həcm, ton |
Həcmin illik dinamikası, % |
Məbləğ, mln. dollar |
Məbləğin illik dinamikası, % |
1 |
Türkiyə |
159 693,85 |
16, |
16 091,08 |
-34,4 |
2 |
İtaliya |
71 558,9 |
92,9 |
7 277,92 |
7 |
3 |
Rumıniya |
38 032,45 |
25 |
3 986,65 |
-27,7 |
4 |
Argentina |
33 259,2 |
100 |
3 325,92 |
100 |
5 |
Niderland |
24 879,5 |
-25 |
2 487,95 |
-59,4 |
6 |
İsrail |
16 398,05 |
99,8 |
1 639,81 |
12,5 |
7 |
İspaniya |
4 088,2 |
-33,6 |
408,82 |
-58,5 |
8 |
Ukrayna |
2 068,8 |
1,8 |
206,88 |
-36,3 |
9 |
Gürcüstan |
59,25 |
100 |
5,92 |
100 |